Ağcabədidə bıçaqlanma hadisəsi baş verib. Hadisə gecə saat 02:02 radələrində rayonun Şənlik kəndi ərazisində baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, kənd sakini Məlikov Rafael Ceyhun oğlu həmkəndlisi İlqar Kamalov və onun anası Aybəniz Səfərovaya çoxlu sayda bıçaq zərbələri vurub. Zərərçəkənlər dərhal Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkim müdaxiləsindən sonra hər iki yaralının həyatını xilas etmək mümkün olub. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılaraq cinayət yerinə göndərilib. Hadisə yeri müayinə olunduqdan sonra cinayəti törətməkdə şübhəli bilinən Rafael Məlikov saxlanılaraq polis şöbəsinə gətirilib.
Qeyd edək ki, faktla bağlı ARCM-nin 29-cu və 120.1-ci maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB