Qaradağ rayonunda intihar hadisəsi

Bu gecə saat 04:00 radələrində Bakının Qaradağ rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Lökbatan qəsəbəsində yaşayan 53 yaşlı Svetlana Ömərova özünü yaşadığı binanın 5-ci mərtəbəsinin pəncərəsindən atıb. Qadın hadisə yerində keçinib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə