Terrorçu hesab edib öldürdülər

Bu gün səhər Dağıstanın Xasavyurt şəhərində təhlükəsizlik qüvvələri iləsilahlı qruplar arasında qarşıdurma yaranıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları şəhər ətrafında yerləşən iki evə hücum edərək içəridəki iki nəfəri öldürüblər. Onların qanunsuz silahlı dəstələrin üzvü olduğu ehtimal edilir.

Hazırda öldürülənlərin şəxsiyyəti müəyyənləşdirilir. Yerli sakinlərin dediklərinə görə hər iki şəxsin yaraqlılarla heç bir əlaqəsi olmayıb. Hərbşilər onları yanlış olaraq öldürüblər. İçəridə olan bir nəfərin isə aradan çıxa bildiyi güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə