Bakıda mağazaya basqın olub

Bakıda mağazaya basqın edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 25-də saat 22.30 radələrində Xətai rayonu Zığ yolu küçəsindəki mağazada baş verib. Gecə saatlarında 8 naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakinlərini, mağazanın sahibi Emil Zülfüqarovu və satıcı Tofiq Əliyevi döyüb.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Bakı şəhər sakinləri Sənan Məmmədov və Kənan Mustafazadə tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə