Salyanda külli miqdarda narkotik maddə və silah aşkarlanıb. SİA-nın Aran bürosuna məlumat verən RPŞ-nin müstəntiqi Tofiq İsmayılov bildirib ki, Salyan rayonun Kürqaraqaşlı kənd sakini, 1965-ci il təvəllüdlü Elton Sərdar oğlu Rufullayevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən Elton Rufullayevin, eləcə də bir həyətdə yaşayan qardaşı Məhəmməd Quliyevin evlərində əməliyyat-axtarış tədbirləri keçirilib.
Axtarış zamanı ümumilikdə 215,61 qram çəkidə narkotik vasitə olan həşiş qətranı, 1 kiloqram 342,4 qram qurudulmuş marixuana və 1 ədəd "Makarov" tipli tapança, 16 ədəd 9 mm-lik tapançanın gülləsi aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB