Bərdədə pambıq zavodu yanıb

40 tonluq pambıq tayasının 7 tonu külə dönüb

Bərdə rayonunda pambıq təmizləmə zavodunun ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, yanğın zamanı ümumi çəkisi 40 ton olan pambıq tayasının 7 tonu külə dönüb. Pambıq tayasının qalan hissəsi və bitişik tayalar yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə