Qurban payı aparan ata 2 övladını itirdi

Qurban payı aparan ata 2 övladını itirdi

Anasına Qurban payı aparan ata 2 övladını yol qəzasında qurban verdi. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün Hacıqabul rayonun Qarasu kəndində Bakı-Qazax yolunun 142-ci km-də Kürdəmir istiqamətində hərəkətdə olan Şirvan şəhər sakini, 1965-ci il təvəllüdlü Bünyatov Sabir Hacı oğlunun idarə etdiyi "Nexiya" markalı 10 UN 684 nömrəli minik avtomobili ilə Bakı isdiqamətə hərəkət edən 1989-cu il təvəllüdlü Ağdam rayon sakini Əhmədov Sadiq Akif oğlunun idarə etdiyi "Mercedes" markalı 90 ML 464 nömrəli yük maşını toqquşub.

"Nexiya" markalı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, 2 övladı 1992-ci il təvəllüdlü Bünyatova Samirə Sabir qızı və Bünyatov Seymur Sabir oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Məlumat üçün bildiririk ki, Sabir Bünyatovun həyatda 2 övladı olub və Şamaxı rayonunda yaşayan qoca anasına bayram sovqatı aparmaq üçün yola çıxıb və avtomobil qəzasına uğrayıb.

Faktla bağlı BDYP-nin istintaq şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə