Bu gecə Türkiyənin Qaziantep vilayətinin ŞanlıUrfa yolunun 10-cu kiometrliyində dəhşətli yol qəzası baş verib. Milliyyet-in verdiyi məlumata görə, qəzaya ərazini sel sularının basması səbəb olub.
Belə ki, 21 FG 400 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə bir minik maşını 50 metr dərinlikdə sel sularına düşüb. Nəticədə avtobus çevrilib. Avtobusda olan sərnişinlər suya düşüblər.
Hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub. Xilasedicilər insanları ölümün pəncəsindən qurtarmağa çalışıblar. 26 nəfər çətinliklə də olsa xilas edilib. Qəza nəticəsində 1 qadın ölüb, 4 nəfər itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB