Avtobus kimyəvi maddə daşıyan yük maşınına, sonra isə üç minik avtomobilinə çırpılıb
Bu gün saat 22.00 radələrində Bakıda Xarici Dairəvi yolunda, Biləcəri istiqamətindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.
Belə ki, iritutumlu marşrut avtobusu yoldan çıxaraq, səkiyə çırpılıb. Daha sonra 4-5 minik avtomobilinini əzib. Nəticədə avtobusda və minik maşınlarının birində yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları cəlb edilib.
ANS-in hadisə yerindəki müxbirinin dəqiqləşdirdiyi məlumata görə, sərnişin avtobusu Naxçıvandan Bakıya gəlirmiş. Toqquşmadan sonra avtobusda partlayışın baş verdiyi bildirilir. Avtobusun toqquşduğu yük maşını yanacaq yox, kimyəvi maddə daşıyırmış. Yük avtomobili Nəqliyyat Nazirliyinə məxsus olub.
Hadisənin səbəbləri ilə bağlı ilkin versiya da var. Ehtimala görə, avtobus sürətlə hərəkət edirmiş və sürücü qarşıda tıxac olduğunu nəzərə almayıb. O, tıxacı gördükdə artıq gec olub və sürəti tənzimləyə bilməyib.
Sərnişin avtobusu əvvəlcə yanacaq daşıyan maşına, sonra isə minik avtomobillərinə çırpılıb. Toqquşmadan sonra yanğın olub. İlkin məlumatlara görə, avtobusun və bir minik maşınının sürücüsü yanaraq dünyalarını dəyişiblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtobusda 15-20 sərnişin olub. Xəsarət alanlar Bakının müxtəlif xəstəxanalarına çatdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB