Kosta Rikada zəlzələ baş verib

Kosta Rikanın Sakit okean sahillərində şiddətli zəlzələ baş verib. Rixter şkalası ilə 6,6 şiddətində olan zəlzələ ölkə əhalisinin təşvişinə səbəb olub. ABŞ Geoloji araşdırmalar mərkəzindən verilən məlumata görə, təkanlar yerin 40 km dərinliyində baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xatırlada ki, keçən ay da Kosta Rikada 7,6 bal gücündə zəlzələ baş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə