Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci km-də yerləşən Ağçay körpüsündə qəza vəziyyəti yaranıb. Avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazidən alternativ yol açılıb.
Quba rayonundan keçən Ağçayın üzərindəki körpü 1970-ci ildə inşa olunub. Son günlərdə körpünün dayaqları sıradan çıxmağa başlayıb və yaranan qəza vəziyyəti ilə əlaqədar bu gün səhər saatlarından etibarən körpüdə hərəkət dayandırılıb.
Ağçay üzərindəki körpüdə qəza vəziyyətii yaxın günlərdə qeydə alınıb. Əraziyə mütəxəssislər baxış keçirib və artıq körpünün istismar üçün tamamilə yararsız halda olduğunu müəyyənləşdirib. Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının üzərində yerləşən bu körpünün ağır tonnajlı avtomobillərin hərəkətinə davam gətirməməsi səbəbindən qəza vəziyyətinə düşdüyü bildirilir.
Çayda suyun olmaması alternativ yolun çəkilməsini asanlaşdırıb. Artıq çay yatağında 500 metr uzunluğunda alternativ yol çəkilib və bu yolda bütün növ avtomobillər hərəkət edə bilir. Ərazidən keçən kommunikasiya xətlərinində yeri dəyişdirilir. Yeni körpünün inşasına müvafiq texnikalar və inşaat briqadası cəlb olunub. Ağçay üzərinmdəki yeni körpünün qarşıdakı 3 ay ərzində tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB