Sabirabadda qadın kişini bıçaqladı

Sabirabadda qadın kişini bıçaqladı

Sabirabadda qadın kişini bıçaqlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Sabirabadın Nizamikənd kəndində qeydə alınıb. Belə ki, Şirvan Şəhər sakini 35 yaşlı Salmanov Cavid Səfər oğlu uzun müddətdir ki, yaxın munasibətdə olan 26 yaşlı Xəlilova Mirvari Mirsahib qızı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şirvan Şəhər mərkəzi xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəyə səbəb isə hər iki şəxsin arasında yaranan munaqişə olub. Cavidə 3 bıçaq zərbəsi vuran Mirvari Sabirabad polisi tərəfindən saxlanılıb. Onuda qeyd edək ki, Mirvari əvvəllər 15 yaşında ailəli olub, 3 ay sonra boşanıb. Cavid isə 6 aydır ki, evlənib.

Hazırda faktla bağlı Sabirabad rayon Polis şöbəsində CM.126.1-ci maddəsiylə cinayət işi açılıb araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə