Sabirabadda əxlaqsızlıq yuvası aşkar edilib

Sabirabadda əxlaqsızlıq yuvası aşkar edilib

Sabirabadda əxlaqsızlıq yuvası aşkar edilib. Sabirabad polis şöbəsindən SİA-nın Aran bürosuna verilən məlumata görə, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1981-ci il təvəllüdlü Tahir Atabala oğlu Əzizovun yaşadığı Xəlfəli kəndinin ərazisində avtomobil yolunun kənarında yerləşən şəxsi kafesində qadınları faişəliyə cəlb edərək əxlaqsız yuva saxlaması barəsində rayon polis şöbəsinə məlumat daxil olub.

Məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kafedə Salyan və Sabirabad rayonundan qadınlar və kişilər arasında cinsi əlaqədə olan şəxslər tutularaq RPŞ-nə gətirilib.

Faktla bağlı Tahir Atabala oğlu Əzizov barəsində CM-nin 243.1 və 244.1-cü maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq araşdırması aparılır.

Qeyd edək ki Tahir Atabala oğlu Əzizova bununla bağlı dəfələrlə polis əməkdaşları tərəfindən xəbərdadlıq edilibmiş.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə