Hollandiyada iki təyyarə toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Dronten qəsəbəsində baş verib. Qəza nəticəsində 2 nəfərin öldüyü, 2-nin isə ağır yaralandığı bildirilir. Qəza şahidlərindən Dahne Zijtveldin dediyinə görə, "təyyarələr yerdən 100 metr yüksəklikdə çox yaxından uçurmuşlar. Sonra birdən birə gurultu meydana gəlib və onlar tarlaya düşüblər".
Baş vermiş hadisə ilə bağlı polis araşdırmalara başlayıb.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB