Avtomobil 4 yaşlı uşağı vurudu

Hacıqabulda avtomobil yenə can aldı. SİA-nın Aran bürosuna məlumat verən, DYP-nin inispektoru Muradlı Aqil bildirib ki, Bakı-Qazax avtomobil yolunun 92-ci km-də Hacıqabulun Atbulaq kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Həmin rayonun Abdulabad kənd sakini 1963-cü il təvəllüdlü Qədirov Səfər Ağaqulu oğlunun idarə etdiyi "Mersedes" markalı dövlət qeydiyyat nişanlı 10 VT 884 olan avtomobillə hərəkətdə olarkən yolun ehtiyat hərəkət hissəsində dayanan Atbulaq kənd sakinləri 1959-cu il təvəllüdlü Balakişiyev Rasim Aprel oğlunu və 2008-ci il təvəllüdlü Balakişiyev Ömər Mətləb oğlunu vurub. Hadisə zamanı xəsarət alan hər iki yaralı Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsinin həkimi Sahib Hümbətovun verdiyi məlumata görə, yaralılardan Balakişiyev Rasim Aprel oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı 4 yaşlı Ömərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Qeyd edək ki, faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə