Təhsil Nazirliyi təkzib etdi
"Məktəbdə partlayış olmayıb"

Təhsil Nazirliyi Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktbədə baş verən partlayışla bağlı məlumat açıqladı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin verdiyi məlumata görə, sözügedən orta məktəbdə hər hansı partlayış baş verməyib.

"Mətbuatda yayılan xəbərlər doğru deyil. Həmin orta məktbədə hər hansı partlayış olmayıb, heç şagirdlər arasınbda yaralanan da yoxdur. Sadəcə kimsə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə zəng edərək məktəbdə partlayış olması haqda yanlış məlumat verib. Hazırda həmin şəxsin kimliyi araşdırılır", -deyə nazirlik sözcüsü bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə partlayış olması haqda məlumat yayılıb. Hadisə zamanı bir neçə şagirdin yaralandığı da bildirilibdi.

Bütün xəbərlər Facebook səhifəmizdə