Ağdamda narkotik vasitələrin istifadəsi ilə məşğul olan rayon sakini yaxalanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Zəngişalı kənd sakini, 29 yaşlı Qarayev Nemət Burzu oğlunun üzərindən 0.71 q narkotik vasitə olan marixuana aşkar edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, narkotik vasitəni ona Ağdam rayonu Səfərli qəsəbəsi ev 20-də yaşayan Əliyev Şamil Ramiz oğlu 20 AZN pula satıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində Şamil Əliyev saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, faktla bağlı narkotik vasitələrin qanunsuz satışına görə, ARCM-nin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb, istintaq aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB