Cani həbs olundu

Salyanda qarşısına keçəni bıçaqlayan gənc cani nəhayət ki, həbs olundu. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gün Salyanın Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Turqut Vahid oğlu Cəbrayılovla Azərbacan müəllimlər İnstitutunun Salyan rayon filialının tələbəsi, Cəlilabad sakini, 1989-cu il təvəllüdlü Vasif İnşallah oğlu Ağaquliyev arasında mübahisə yaranıb. Nəticədə aralarında yaranmış şəxsi münaqişə zamanı Turqut Cəbrayılov üstündə gəzdirdiyi bıçaqla Vasif Ağaquliyevin sol döş qəfəsindən və baldır hissəsindən 2 zərbə vuraraq aradan çıxıb.

Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsində əməliyyat olunub.

Turqut Cəbrayılov bundan əvvəldə oktiyabrın 7-də rayon mərkəzində Ələkbərov Əfqan Samit oğlunuda bıcaqlayaraq hadisə yerindən qaçmışdı. Bu günə qədər salyan polisi tərəfindən axdarılan 21 yaşlı Gənc Cani ikinci hadisəni törətdikdən sonar polisindən qaça bilmədi və həbs edildi.

Faktla bağlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə