11-ci sinif şagirdi intihar etdi

Salyanda 11-ci sinif şagirdi intihar etdi. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, Salyan rayonunda 11-ci sinif şagirdi 9 mərtəbəli yaşayış binasından özünü ataraq intihar edib. Salyan rayon prokurorluğunun verdiyi məlumata əsasən, bu günün ikinci yarısında Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədhüseyn Mübariz oğlu Hüseynov 9 mərtəbəli yaşayış binasına çıxıb özünü yerə ataraq intihar edib.

Hadisənin əsl səbəbi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Məmmədhüseyn Hüseynov şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb liseyin 11-ci sinfində oxuyurdu.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə