Elm dünyası yeni bir planetin kəşfi ilə böyük qarışıqlıq yaşayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər ətrafında dörd günəşə bənzər ulduz hərəkət edən planet kəşf etdiklərini açıqlayıblar. Elm tarixində ilk dəfə baş verən bu hadisə alimlərin diqqətini cəlb edib. Dünyadan 5 min işıq ili uzaqlığında olan bu planetə "PH1" adı verilib. "PH1" iki günəşə bənzər ulduzun orbitində fırlanan zaman, ulduz cütlüyü də planetin ətrafında hərəkət edir.
Qeyd edək ki, indiyə qədər iki günəşə bənzər ulduzu olan altı planet tapılıb.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB