Türkiyədə zəlzələ baş verib

Qəhramanmaraşın Bazarcık mahalında rixter cədvəli ilə 4.6 gücündə zəlzələ baş verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, zəlzələ Türkiyə saatı ilə 04:16 Ördəkdədə kəndində yerin 9,2 km dərinliyində baş verib. Hadisə nəticəsində bir müddət vətəndaşlar evlərini tərk etsələr də xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Dağıntı barədə hələlik məlumat verilmir, araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə