Toyda kütləvi dava

Bərdədə rayonun Hüseynallar kəndində keçirlən toy məclisində bir qrup şəxs arasında dava düşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, 35 yaşlı Ramin Məhəmməd oğlu Sadıqov 17 yaşlı Yusif Yusiflini, 24 yaşlı Zamin Dadaşovu və 52 yaşlı Allahyar Dadaşovu bıçaqlayıb.

Hadisə zamanı bıcaq xəsarəti alan Yusif Yusifli dünyasını dəyişib. Digər yaralılar isə Bərdə və Yevlax rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Hadisəni törədən Ramin Sadıqov Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə