Azərbaycanda dövlət qurumundan seyf oğurlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Şamaxı rayonunda qeydə alınıb.
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin inzibati binasından içərisində sənədlər olan seyfi oğurlayan Bakı şəhər sakini Fərzəli Ələsov və Abşeron rayon sakini Əlşah Salmanov tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB