Bu ilin 9 ayında paytaxt ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 756 yol qəzası baş verib ki, nəticədə 234 nəfər ölüb, 831 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən yol qəzalarının sayı 67, ölüm halları 5, xəsarətlər isə 10 fakt azalıb.
Baş verən yol qəzalarının 367-si piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 112 nəfər ölüb, 284 nəfər isə xəsarət alıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB