Dəhşətli yol qəzası...

Tovuz rayonunda ağır yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1969-cu il təvəllüdlü Bayramov İlkin Sabir oğluna məxsus "Nissan Sunny" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sahibi İ. Bayramov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə