Tərtər-Goranboy yolunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində Şəmkir rayon Dəllər kənd sakini 80 yaşlı Bayramov Ələddin Bəbir oğlunun idarə etdiyi "NİVA" markalı avtomobil yolun kənarına aşıb. Sürücü hadisə yerində ölüb, maşında olan oğlu Ağalar Bayramov isə xəsarət alıb. İlkin ehtimala görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Qeyd edək ki, faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB