Hadisə Xırdalan şəhərindəki 9 saylı orta məktəbin şagirdləri arasında baş verib
Azərbaycanda orta məktəb şagirdləri qidadan zəhərləniblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Abşeron rayon sakinləri Nuranə Abbasova, Nazlı Əhmədzadə, Səma Qurbanova və Xırdalan şəhərindəki 9 saylı orta məktəbin 7-ci sinif şagirdləri Məmməd Məmmədov, Fatimə Məmmədova, Xanlar Balayev, Kərim Vəlizadə, Cəlil Cabbarov, Nicat Balabəyzadə, Zümrüd Mustafalı, Məhəmməd Hacızadə, Saleh Kərimli, Günel Vəliyeva qidadan və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər, onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB