Tərtərdə 4 yaşlı uşaq su arxında boğulub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Tərtər rayonunun Seyidimli kəndində baş verib. Rayon sakini 4 yaşlı Mirvari Bəxdirxudarlı, kəndə yaşayan babasının həyətində ehtiyatsızlıqdan su arxına düşərək boğulub.
Yaxınlarının köməyilə ilə sudan çıxarılan az yaşlı körpənin ölümü bütün kəndi yasa bürüyüb. Hadisənin baş verdiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da baş çəkib.
Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb istintaq aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB