Toy gecəsi özünü asdı

23 yaşlı gəlin toy gecəsi özünü asaraq öldürüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Ağcabədi rayonun Yuxarı Qiyamadınlı kəndində baş verib. Neftçala sakini Gülnarə Hüseynova özünü asaraq intihar edib. İntihar edən Gülnarə Hüseynova təxminən bir ay əvvəl Bakının Binə qəsəbəsindən qaçırılaraq Yuxarı Qiyamadınlı kəndinə gətirilib.

Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir, intiharın səbəbləri araşdırılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə