Toyda 47 nəfər zəhərləndi

Ötən gün Tərtərdə toy məclisində kütləvi zəhərlənmə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Tərtər rayonunun Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin keçirdiyi toy məclisindən qidadan zəhərlənmə ilə 47 nəfər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə