Bakıda 37 yaşlı qadın yoxa çıxdı

Bakıda 37 yaşlı qadın yoxa çıxdı

Bakı şəhəri Xətai rayon sakini itkin düşüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Naximov küçəsi 73 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Aygün Cəfərova naməlum şəraitdə itkin düşüb.

Bu barədə polisə itkin düşən qadının atası 1940-cı il təvəllüdlü Arif Qasımov bildirib. A.Qasımov deyib ki, qızı bir neçə gün əvvəl evi tərk edib və bir də geri qayıtmayıb. Hazırda qadının tapılması istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə