Bərdədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Dəymədağlı kəndində baş verib. Bərdə telekommunikasiya qovşağının işçisi Bərdə rayon Kətəlparaq kənd sakini 47 yaşlı Sərhad Hüseynov elektrik dirəyində telefon naqillərini bərpa edərkən onu elektrik cərəyanı vurub. Nəticədə S.Hüseynov elə hadisə yerindəcə dünyasını dəyişib.
Maraqlısı isə budur ki, telefon və elektrik xəttləri ayrı-ayrı dirəklərdə quraşdırılmalı olduğu halda, mərhumun işlədiyi dirəkdə hər iki xətt bir yerdə olub. Mərhum iş görərkən özünü qayışla dirəyə bağladığından onun cəsədi dirəkdən asılı halda qalıb. Hadisə şahidləri və yaxınlarının köməyilə cəsəd dirəkdən endirilib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırmalar aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB