Getdi, geri döndü

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün saat 01:02 radələrində Q.Qarayev prospektində Ceyhun adlı şəxs Bakı şəhər sakini Sürəyya Layıcovaya məxsus "Hyundai" markalı avtomobili qaçırıb. Qeyd edək ki, içərisindən 140 manat pul və mobil telefon oğurlanmış avtomobili səhər saat 07:05 radələrində Nizami küçəsində əzilmiş vəziyyətdə tapılıb. Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Şirinov oktyabrın 7-də həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə