Beş maşın toqquşdu: ölənlər var

Beş maşın toqquşdu: ölənlər var

Bu gecə Bakıda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə Nobel prospektində "Asiman" şadlıq sarayının qarşısında qeydə alınıb. Şəhər mərkəzi istiqamətində hərəkət edən "Hyundai Sonata" avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan gələn dörd avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində ölənlər və yaralananlar var.

Hadisə yerindəki yol polisi əməkdaşları bildiriblər ki, hadisəyə "Hyundai Sonata" markalı avtomobilin sürət həddini aşması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə