Samux rayonunda da xırda buynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb. Qonşularının qoyunlarını oğurlayaraq satmağa çalışan qadın iş başında yaxalanıb. Rayon polis şöbəsindən verilən məlumata görə, hadisəni 44 yaşlı Nürəstə Göyüşova və onun qohumu 33 yaşlı Əli Paşayev törədib. Qohumlar Samuxətrafı ərazidə meşə zolağında fərdi yaşayış evlərinin yaxınlığında tövlələrdən qoyunları gizlicə çıxarmağa müvəffəq olsalar da, oğurluq heyvanları sata bilməyiblər.
Saxlanılanlardan Əli Paşayev oğurluqdan xəbərsiz olduğunu Növrəstənin ona heyvanları satmaq üçün verdiyini deyib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB