Adam maşınla birgə yandı

Bu gün saat 14.30 radələrində Bakının Badamdar qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Bəyoğlu" restoranı yaxınlığında içərisində adam olan "VAZ-2107" markalı avtomobil yanıb.

Hadisə nəticəsində bir nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hələlik hadisənin səbəbi və xəsarət alanın şəxsiyyəti bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə