Polis bıçaqlandı

Azərbaycanın Kürdəmir rayonunda polis əməkdaşı bışaqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ötən gecə saat 01.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində sərxoş vəziyyətdə olan naməlum şəxsin asayişi pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə göndərilmiş sahə müvəkkili, polis kapitanı Zaman Qasımovun və polis serjantı Aqşin Zülfüqarovun qarşısına qəflətən çıxan həmin şəxs bıçaqla A.Zülfüqarova sinə və ayaq nahiyələrindən xəsarətlər yetirib, lakin çeviklik və sayıqlıq göstərən polis kapitanı tərəfindən tərksilah edilərək zərərsizləşdirilib.

İlkin araşdırmalarla həmin şəxsin Bərdə rayon sakini Fəxri Quliyev olması müəyyən edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə