Müsəlmanlar tələbələri döyüb

Müsəlmanlar tələbələri döyüb

Müsəlmanlar erotik muzey reklamına görə tələbələri döyüblər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə muzeyin direktoru Aleksandr Donski məlumat verib. Rusiyada müsəlmanlar erotik incəsənət muzeyini təbliğ edən vərəqələr yaydıqlarına görə 3 tələbəni döyüblər. "Onlara bir neçə nəfər yaxınlaşaraq bildirib ki, vərəqələri paylamasınlar, çünki bu müsəlman inancına ziddir",- deyə direktor bildirib.

"Toçka-G" muzeyinin əməkdaşları onların iradını qulaq ardına vurublar və reklam mətnlərini paylamaqda davam ediblər. Bundan sonra isə onlara hücum edilib və onlar döyülüblər. Zərərçəkənlərdən birinə tibbi yardım göstərilib. Donski hadisənin baş verdiyini əks etdirən video materialı da polisə təqdim edib.

Muzeyin direktorunun sözlərinə görə, bu ilk dəfə deyil ki, muzeyə qarşı hücum təşkil olunur. Muzeyə qarşı bir dəfə provaslav aktivistlər qarşı çıxmışdılar. Belə ki, avqustda muzeyə hücum edilib və bunun hələ ilk xəbərdarlıq olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə