Türkiyənin Biləcik vilayətində 79 yaşlı qadının əl və ayaqlarını bağlayaraq ləçəklə boğublar. Türkiyə mətbuatına istinadən verilən məlumata görə, şübhəli şəxs qismində həmin qadının gəlini, 49 yaşlı Fatma Özgül həbs olunub.
Baş vermiş hadisəni polis araşdırır. 79 yaşlı Səlimə Özgülün qətlində yeganə şübhəli onun gəlinidir. F.Özgül polisdə verdiyi ifadədə suçunu etiraf edib.
F.Özgül bildirib ki, küçədə tanımadığı bir kişi ilə qarşılaşıb: "O, üstümə tapança çəkərək məni zorla qayınanamın evinə soxdu. Mənə dedi ki, qayınanamın əl və ayaqlarını bağlayıb, sonra da ləçəklə qadını boğmağımı istədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB