Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün Albalılıq yaşayış sahəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Babayevin odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib. Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarışlar Şöbəsinin və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Quliyev tutulub. Ondan "TT" markalı tapança, bir ədəd patron, R.Babayevə məxsus "Naqan" markalı tapança və ona aid 5 ədəd patron götürülüb.

Bununla yanaşı ötən gecə Binə südçülük sovxozunda yaşayan Musaxan Şamiyev ailə münaqişəsi zəminində arvadı Nailə Şamıyevanı döyərək öldürdüyünə görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə