Balıqçı ölümlə üz-üzə qaldı

Balıqçı ölümlə üz-üzə qaldı

Bakı şəhəri, Xəzər rayonunda avarlı qayıqla dənizə çıxmış 1 nəfər balıqçı (Türkan sularda xilasetmə postundan 400 m sola, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə