Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri üçün təlim keçirib. FHN-dan SİA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin görülməsi zamanı idarəetmənin təşkili, yol nəqliyyat qəzası nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalmış insanların xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, həmçinin psixoloji hazırlığın möhkəmləndirilməsi, xüsusi alət və avadanlıqdan düzgün və təhlükəsiz istifadə olunması vərdişlərini təkmilləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB