Oğru+narkomaniya

Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı PB əməkdaşlarının keçirdikdləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Aydınovdan 0,315 qram heroin aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, o, sentyabrın 8-də N.Nərimanov küçəsində yerləşən, Vüsal Əliyevə məxsus mağazadan açıq qapıdan keçmə yolu ilə kassada olan 336 manatı, sentyabırn 23-nə keçən gecə Ç.Mustafayev küçəsində yerləşən, Ramil Abdullayevə məxsus mağazadan qıfılı sındırma yolu ilə siqaretlər və 400 manat, elə həmin gecə A.Şaiq küçəsində yerləşən, Elçin Rəhimova məxsus mağazadan açar seçmə yolu ilə oğurluğa cəhd edib.

Bunula yanaşı Suraxanı rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı qəsəbəsi 5-ci mədən küçəsində yaşayan Mehdi Rəhimovun evində tiryəkxana aşkar olunub, orada olan Vaqif Maksimovdan 0,138 qram, Rövşən Əlişanovdan 0,224 qram, Vüsal Ağayevdən 0,215 qram, İkram Ağayevdən isə 0,206 qram heroin götürülüb.

Həmçinin, Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Emil Hacıyevdən 7,61 qram, idarə etdiyi "VAZ 2107" markalı avtomobildən isə 94,76 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə