Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyulun 3-ü saat 02:30 radələrində Maştağa qəsəbə sakini, ruhi xəstə Hicran Quliyeva evdən çıxıb və geri qayıtmayıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində itkin düşmüş H.Quliyeva ötən gün yaxınlarına təhvil verilib.
Bununla yanaşı, sentyabrın 13-ü 2011-ci il tarixdə Bakı şəhər sakini, ruhi xəstə Rübabə Dadaşova Maştağa qəsəbəsi Axund Şeyx Hüseyn küçəsindən itkin düşüb. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində itkin düşmüş R.Dadaşova tapılıb və yaxınlarına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB