Pakistanın cənub bölgələrinə yağan musson yağışları nəticəsində sentyabr ayının əvvəlindən ehtibarən 200 nəfər həyatını itirib. Sind əyalətinin rəsmisi Seyfullah Dharijo insan təlafatı ilə birgə minlərcə evin və əkin sahələrinin yağış sularının qurbanı olduğunu bildirib. Pakistanın baş naziri Raca Pervez Eşref bu gün verdiyi açıqlamada ölkənin cənub-qərbində yerləşən Belucistan əyalətində selin yaratdığı fəlakətin vurduğu ziyanın bir qisminin ödənilməsi üçün 6 milyard rupi (2,4 milyon manat) yardım ayırdığını bildirib.
Qeyd edək ki, sel suları əkin sahələrinə külli miqdarda ziyan verdiyinə görə, Pakistanda meyvə və tərəvəzin qiyməti 2 dəfə artıb. Daxili təlabatı ödəmək üçün Hindistandan və İrandan meyvə və tərəvəz idxalı artırılıb.
Həmçinin Hindistan mətbuatının xəbərinə görə, 26-dan çox hindli musson yağışlarının qurbanı olub, 8 nəfər itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB