Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gecə 23:30 radələrində Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşayan Hüseyn Ziyadov yaşadığı evdə qohumu Kürdəmir rayon sakini Cavanşir Səfərovun ayağından bıçaq xəsarəti yetirib. Xəstəxanaya yerləşdirilmiş C.Səfərov aldığı xəsarətlər nəticəsində sentyabrın 22-də dünyasını dəyişib. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən H.Ziyadov yaxalanıb.
Bununla yanaşı ötən gün, Ələt qəsəbəsi ərazisində Ceyhun Məmmədov mübahisə zəminində Qəzəlxan Mirzəyevə bıçaq xəsarətləri yetirdiyinə görə, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB