Bakıda fəaliyyət göstərən "Binə" Ticarət Mərkəzində insident baş verib. Bu barədə hadisə şahidləri məlumat veriblər.
Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün "Kamaz" markalı yük maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır.
Qaradağ rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Hazırda hadisə yerinə əməliyyat qrupu yollanıb. İnsidentin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB