Qayınata kürəkənini öldürdü

Ağdamda baş verən hadisədə qayınata kürəkənini bıçaqlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Çəmənli kənd sakini uşaqları ilə görüşmək istəsədə qayınatası ilə mübahisə edib. Bir müddət əvvəl həyat yoldaşından boşanan Zaur İsgəndərova məhkəmə övladları ilə görüş üçün icazə versə də, keçmiş qohumları buna imkan verməyib. Övladını görməyə gəlmiş sabiq kürəkəni əvvəlcə evə dəvət edib, sonra əl qolunu bağlayaraq bıçaqlayan köhnə qohumlar onu köməksiz şəraitdə küçəyə atıblar.

Yaralı Zaur İsgəndərov ağır vəziyyətdə Ağdamın Quzanlı Qəsəbəsində yerləşən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində cinayət işi qaldırıb. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş qayınatanın həbs olunduğu bildirilsə də, polisdən onun haqqında hər hansı məlumat verilməyib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə