Şamaxı rayonunda şəhər sakini Vüqar Həsənov idarə etdiyi "PAZ" markalı avtomobillə yolun kənarında oturmuş həmyerlisi Kamilə Qəniyevanı vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində paytaxt sakini Məhərrəm Namazov sürdüyü "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Rüstəm Alcanovu vurub. R.Alcanov xəsarətlə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB