Avtomobillə gələn əzrail

Ehtiyyatsızlıq daha bir qəzaya səbəb oldu. 86 yaşlı qoca avtomobil qəzasının qurbanı oldu. Şamaxıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə M.Əfəndiyev küçəsində baş verib. SİA-nın Şirvan bürosunun verdiyi xəbərə görə, adı çəkilən küçədə hərəkətdə olan sürücü Həsənov Vüqar idarə etdiyi sərnişin avtobusu ilə piyadanı vurub. Piyada rayon sakini 86 yaşlı Kəmalə Qəniyeva aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.

Sürücünün sözlərinə görə, o, həmin küçədə hərəkətdə olarkən küçənin tinindən anidən qadın çıxıb və əyləcin nasaz olması hadisəni qaçılmaz edib.

Hadisənin dəqiq səbəbləri ekspert rəyindən sonra bildiriləcək. Faktla əlaqədar Şamaxı rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Rəşad Əşrəfov

Bütün xəbərlər Facebook səhifəmizdə